Bəli. Bal analizi və kodlaşdırma yoxlamasını istədiyin qədər pulsuz edə bilərsən. Pulsuz nəticədə hər seçimin risk səviyyəsini, son keçid balını və siyahının ümumi balansını görürsən.
“Tam analiz” paketində (10 AZN) hər seçim üçün növbəti ilin gözlənilən keçid balı intervalı, illər üzrə qrafik, riskin səbəbləri, AI rəyi, daha real alternativlər və kodlaşdırma siyahındakı problemlər açılır.
Premium paketində (20 AZN) balına və seçdiyin ixtisaslara görə 15 seçimlik hazır kodlaşdırma planı qurulur: arzu, real və daha aşağı riskli seçimlər balanslı sıra ilə. Planı sonra yoxlamaya göndərib özün dəyişə bilərsən.
Bir dəfə ödəyirsən, paket bir il aktiv qalır. Bu müddətdə istədiyin qədər analiz edə bilərsən.
Bəli. “Tam analiz” paketin aktivdirsə, Premium-a keçəndə yalnız fərqi ödəyirsən.
Xeyr. Keçid balları hər il dəyişir. Nəticə keçmiş illərin statistikasına əsaslanan qiymətləndirmədir: aşağı, orta və ya yüksək risk. Faizlə “şans” göstərmirik, çünki belə rəqəm yanıldıcı olardı.
Keçid balları DİM-in açıqladığı nəticələrdəndir. Bir proqram üzrə 3 ildən az məlumat varsa, risk hesablanmır və bu açıq yazılır.
Hər nəticənin öz linki var. Hesabsız etdiyin analiz 7 gün saxlanılır; hesabına daxil olub etdiyin analizlər “Hesabım” səhifəsində qalır. Linki valideynin və ya müəllimin ilə paylaşa bilərsən.
Bəli. Hesabına daxil olub etdiyin analizlər paket alan kimi tam açılır — yenidən etməyə ehtiyac yoxdur.