ABİTURİYENT AI abituriyentə ixtisas seçimində və kodlaşdırmada kömək edir. Balını və istədiyin ixtisasları yazırsan — hər seçimin nə qədər riskli olduğunu, niyə belə olduğunu və daha real alternativləri görürsən. İstəsən, balına görə 15 seçimlik hazır plan da qururuq.
Bazada 43 universitet, 606 ixtisas və 2380 proqram üzrə 2019–2026 illərinin keçid balları var. Mənbə DİM-in açıqladığı nəticələrdir. Bir proqram üzrə 3 ildən az məlumat varsa, risk hesablamırıq və bunu açıq yazırıq.
Qəbul zəmanəti vermirik və faizlə “şans” göstərmirik. Keçid balları hər il dəyişir; biz yalnız keçmiş illərin statistikasına əsaslanan qiymətləndirmə veririk: aşağı, orta və ya yüksək risk. Son qərar həmişə sənindir.
Rəqəmləri AI yaratmır. Bütün ballar və intervallar statistik modeldən gəlir; AI yalnız hazır nəticəni sadə dildə izah edir. İzahda bazada olmayan rəqəm görünərsə, o mətn avtomatik rədd olunur.
ABİTURİYENT AI tərəfindən təqdim olunan risk və uyğunluq göstəriciləri əvvəlki illərin statistik məlumatlarına əsaslanan analitik proqnozlardır. Keçid balları hər il dəyişə bilər və nəticələr qəbul zəmanəti vermir.